Rusiyanın Çelyabinsk vilayətində Azərbaycan Mərkəzi Bankının sabiq əməkdaşı saxlanılıb.
FED.az xəbər verir ki, bununla bağlı Rusiya mətbuatı məlumat yayıb.
Eləcə də bax: Keçmiş bank sədrinin cinayət işində - APELLYASİYA ŞİKAYƏTİ VERİLDİ
Məlumatlara görə, 43 yaşlı azərbaycanlı əlbir olduğu şəxslərlə birlikdə kreditləri saxtalaşdırıb və bu üsulla 30 milyon rubldan çox (786 min manatdan çox - red.) pulu mənimsəyib.
Saxlanılan şəxs dərhal həbs olunub. Regional prokurorluq ekstradisiya yoxlaması keçirib. Nəticədə prokurorluq Milli Bankın keçmiş mütəxəssisinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına təhvil verilməsi barədə qərar qəbul edib.
Yaxın günlərdə onun Azərbaycana ekstradisiya ediləcəyi bildirilib. Göstərilən ittihamla həmin şəxsin 12 il müddətinə azadlıqdan məhrum olunacağı qeyd edilib.
Finans