Mercedes-in ana şirkəti olan Daimler, ABŞ-ın iqtisadi sanksiyaları səbəbindən İran ilə olan bütün əməliyyatlarını ikinci bir əmrə qədər tamamilə dayandırdığını açıqlayıb. Mercedes, İran ilə məhdud səviyyədə əməliyyat aparırdı.
FED.az xəbər verir ki, Mercedes tərəfindən verilən açıqlamanın Donald Trampın "İran ilə iş görən ABŞ ilə iş görə bilməz" açıqlamasından sonra gəlməsi diqqəti çəkir..
Daimler yerli şirkətlərlə olan tərəfdaşlığını dayandırıb.
Almaniya şirkəti, 2016-cı ildə İrandakı tərəfdaşları ilə Mercedes yük maşını istehsal edəcəyini və Fuso avtomobillərinin satışını həyata keçirəcəyini bildirmişdi.
Trampın noyabr ayından etibarən sanksiyaların növbəti mərhələyə keçərək sərtləşəcəyini qeyd etməsinin ardından şirkətdən bildiriblər ki, "Mercedes-Benz yük maşınlarının istehsal və satışını davam etdirmirik. Mercedes markalı minik avtomobillərin də satışı yenidən başlamayacaq".
Daimler, İranda avtomobil bazarının gözləniləndən çox zəif inkişaf etdiyini də vurğulayıb. Şirkət rəhbərliyi, başda nüvə müqavilənin gələcəyi olmaqla siyasi prosesləri yaxından təqib edəcəyini söyləyib.