Dünyanın ən məşhur brendləri müsəlmanlarını müqəddəs Ramazan Bayramı münasibətilə təbrik ediblər.
FED.az xəbər verir ki, ən maraqlı təbriklərdən biri məşhur avtomobil markası «Mercedes Benz»dən gəlib. «Mercedes Benz»ın təbrik fotosunda ərəb dünyasında məşhur olan «G-class» modelinin üzərində Ramazanın rəmzi olan aypara əks olunub.
«McDonalds» şəbəkəsi isə özünün məşhur məhsullarından olan qızardılmış kartof çubuqlarının şəklindən istifadə edib.
Digər brendlər də müsəlmanları öz məhsullarının rəmzləri ilə təbrik ediblər.