"Mənim çoxlu mülküm olması ilə bağlı deyilənlər iftiradır, təxribat məqsədi ilə yayılır".
FED.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə idarədə 31 Mart – Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbirdə bildirib.
Eləcə də bax: “Azərbaycanda sosial şəbəkələri bağlamaq lazımdır” - DEPUTATDAN TƏKLİF
O qeyd edib ki, bununla bağlı ölkə başçısı ilə də söhbəti olub: "Gizlətmirəm, mənim prezidentlə söhbətlərim olur. Onda da heyrətimi gizlətmirəm ki, bu qədər iftiranın səbəbi nədir. Deyirlər, şeyxin xaricdə, ya da burda çoxlu mülkü var. Bunların hamısı təxribatdır. Əvvəla, sevinin ki, sizin şeyxiniz bu cür güclü olsun. İkincisi isə xaricdən onsuz da dini liderə qarşı iftira var, bunu daxildə də davam etdirməklə nə əldə edirsiniz? Xaricdən həm prezidentimizə, həm də mənə - şeyxülislama qarşı belə çirkin təxribatlar törədilir. Ölkə daxilində bəziləri “prezidentə qarşı deyiləni qəbul etmirəm, amma şeyxə haqqında deyilənlər düzdür", - deyir. Bu, necə olur? Demək, sən təxribatla yenə də barışmış olursan. Deyirlər, nəzir qutularına nəzarət edirəm və sair. Yalandır. O qutularla mənim nə işim var?”
Qeyd edək ki, "Müasir Müsavat" partiyasının sədri Hafiz Haciyev bildirib ki, Hacı Allahşükür Paşazadə nəzir pulları ilə özünə Çexiya da villalar alıb.