Gürcüstan hökuməti dövlət qulluqçuları üçün nəzərdə tutulan qara rəngli avtomobillərdən istifadəyə qadağa qoyub.
Bu barədə FED.az "RİA Novosti"yə istinadən xəbər verir.
Daha əvvəl baş nazir Giorgi Kvirikaşvili bütün dövlət qulluqçularını qara rəngli "Cip" erasına son qoymağa və tədricən ekoloji təmiz nəqliyyata keçməyə çağırıb.
E№ləcə də bax: Sürücülər cərimədən yayına bilməyəcək - CİHAZ PAYLANDI
Dəyişikliklərə əsasən, aprelin sonuna qədər bütün nazirliklər və dövlət orqanları iqtisadi baxımdan daha səmərəli avtomobil modelləri nəzərə alınmaqla avtoparkının optimallaşdırılması üzrə plan təqdim etməlidir.