Rusiya hərbçiləri Ukraynanın Melitopol şəhərində televiziya qülləsini mühasirəyə alıblar.
FED.az xəbər verir ki, bu barədə məlumatı Zaporojye vilayətinin Hərbi Administrasiyası yayıb.
“Rusiyalı hərbçilər Melitopolun televiziya qülləsini mühasirəyə alıblar. Qüllə onların nəzarəti altındadır”, - deyə məlumatda qeyd olunub.
Bildirilir ki, nəticədə rusiyalılar qüllədə öz avadanlıqlarını yerləşdiriblər və şəhərdə Rusiya televiziyasını yayımlamağa başlayıblar. (Qafqazinfo)