Dmitri Medvedevin Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini postunda aylıq maaşı 618 min 713 rubl (16623,89 AZN) təşkil edir. Müvafiq fərmanı Prezident Vladimir Putin imzalayıb.
FED.az xəbər verir ki, fərman bu ilin yanvarın 16-dan qüvvəyə minib.
Eləcə də bax: Rusiyada hökumət dəyişikliyi - BAŞ VERİR - YENİLƏNİR
Xatırladaq ki, yanvarın 16-da Putin Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsində keçmiş Baş Nazir Dmitri Medvedevi təyin etmişdi.
Qafqazinfo