Virtual arxeoloqlar "qırmızı planetdən" göndərilən şəkillərdə qeyri-adi bir şey aşkarlamışlar. Daha dəqiq desək, yapon qəbrinə bənzər bir tikili aşkarlamışlar (esoreiter.ru).
Ufoloqlar iddia edir ki, sözügedən fakt marsda yaşayanların nə vaxtsa Yeri müstəmləkəyə çevirdiyini sübut edir. Məhz buna görə də Marsdakı bir sıra landşaft elementləri Yerdəki qədimi tikililərə oxşayır.
Məsələn, burada verilən şəkildəki krater yapon Kofun kurqanlarına (qəbirlərinə) çox oxşayır. Diqqətlə hər iki obyektə baxsanız görərsiniz ki, həm mars, həm yer obyektində düz həndəsi xətlər vardır. Bu da onu sübut edir ki, onların hər ikisi süni mənşəlidir və bu isə o deməkdir ki, vaxtilə keçmişdə yer kürəsinə baş çəkən Marsda yüksək inkişaf etmiş sivilizasiya mövcud idi.
Hətta bununla bağlı NASA mütəxəssisləri çoxdan etmədikləri şəkildə virtual arxeoloqların Marsla bağlı sözügedən yeni tapıntısına reaksiya vermişlər. Habelə, onların cavabı orijinallığı ilə seçilmirdi. Onlar deyirdilər ki, Marsdakı kraterin formasının orta əsr yapon Kofun kurqanlarına qəribə oxşarlığı illuziya oyunundan, işıq kölgələrinin oyunundan başqa bir şey deyildir, çünki Marsdakı həmin obyekt sadəcə adi bir təpədir.
Bəs onda nə üçün internet şəbəkəsində getdikcə daha da çox məlumat yayılır ki, Marsda artıq sürünənmənşəlilərin və boş yadplanetlilərin köməyilə yaradılmış yer koloniyası mövcuddur. Hətta bu barədə ABŞ prezidenti Eyzenhauerin nəvəsi Lora Maqdalena Eyzenhauerin söylədiyi bəyanata baxıb dinləmək də kifayət edir. O, iddia edir ki, 2006-cı ildə yadplanetlilər tərəfindən təqdim edilən kölgə iqtisadiyyatının trilyonlarla dollarından və texnologiyalardan istifadə edərək amerika hərbçilərinin həyata keçirdiyi Marsın kolonizasiyalaşdırılması üzrə "Alternativ 3" layihəsində iştirak edirdi (bu barədə internetdə çoxlu məlumatla tapmaq olar, onlar əsasən ingilis dilindədir).
Amerika hərbçilərinin Marsda iştirakını təsdiqləyən digər çoxsaylı mənbələr də vardır. Məsələn, bununla bağlı Marsın gizli kolonizasiyalaşdırılmasında iştirak edən və buna şahid olan keçmiş amerikan hərbçisi Maykl Relfin ikitonlu kitabı da buraxılmışdır ki, onu da oxumaq mümkündür. Öz kitabında o, bütün bunların necə baş verdiyini, bu işdə sürünənkimilərin və boz yadplanetlilərin rolu və funksiyasını təfərrüatı ilə izah edirdi (yeri gəlmişkən qeyd edək ki, NASA bu yaxınlarda rəsmi olaraq yadplanetlilərin 4 irqindən olan nümayəndələr ilə əlaqə qurduğunu dedi).
Relf həmçinin bildirir ki, «Curiosity» və buna bənzər layihələr yer kürəsində yaşayan insanlardan həqiqətin əsl üzünü gizlətmək üçün NASA tərəfindən sadəcə fikir yayındıran manevr kimi həyata keçirilir.
mirpristrasten.com©