Kanadada Mark Karni hakim Liberal Partiyasının lideri seçilib. Onun namizədliyini partiya üzvlərinin 85,9 faizi dəstəkləyib.
Trampın Kanada və Meksikaya tətbiq etdiyi vergilər 30 gün - TƏXİRƏ SALINDI
FED.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Qeyd olunub ki, inamlı qələbə qazanan Karni hökumətə də başçılıq edəcək. Ümumilikdə səsvermədə hakim partiyanın 400 minə yaxın üzvü iştirak edib.
Bu vəzifə uğrunda mübarizə aparan digər namizədlər keçmiş maliyyə naziri və baş nazirin keçmiş müavini Xristiya Friland 8% və Kanada hökumətinin İcmalar Palatasında (parlamentin aşağı palatası) lideri Karina Quld 3% səs toplayıb.
Karni yalnız hazırkı baş nazir Castin Trüdo general-qubernator Meri Saymona istefa ərizəsi təqdim etdikdən sonra baş nazir postunu tutacaq. (Report)