Makronun etimad reytinqi COVID-19 böhranı başlayandan bəri ən aşağı səviyyəyə düşüb
ləcə də bax: Azərbaycandan Makrona - CAVAB
Fransa prezidenti Emmanuel Makron 32% etimad reytinqinə malikdir ki, bu da koronavirus böhranının başlanmasından bəri ən aşağı göstəricidir.
FED.az xəbər verir ki, bu “Elabe” şirkətinin “Echos and Radio classique” nəşri üçün apardığı araşdırmada məlum olub.
Qeyd olunur ki, son iki ayda Fransa liderinin reytinqi 6% aşağı düşüb. Sorğu onu da göstərdi ki, Makron indiyədək ənənəvi olaraq ən çox dəstək aldığı imtiyazlı dairələrdə də mövqelərini sürətlə itirir.
Bundan əvvəl məlum olmuşdu ki, Makronun populyarlıq reytinqi oktyabrda 7% aşağı düşüb. Sorğu həmçinin göstərib ki, fransızların yarıdan çoxu (71%) ölkədəki yanacaq böhranı ilə mübarizədə hökumətin fəaliyyətindən narazıdır. Respondentlərin daha 32%-i bu vəziyyətdə hakimiyyətin hərəkətlərini “çox pis” adlandırıb.