Fransa sakinlərinin dörddə üçü ölkə prezidenti Emmanuel Makrondan narazılığını bildirib.
"Sabah Makron olmayacaq və hamı Ermənistanı unudacaq"
FED.az xəbər verir ki, bu barədə “Ifop”un “Journal du Dimanche” qəzeti üçün keçirdiyi sorğunun nəticələrində qeyd edilib. Nəşr vurğulayıb ki, 2018-ci ilin dekabrında “Sarı jiletlilər” böhranının pik nöqtəsində Zəfər tağı talan edildikdən sonra prezidentin populyarlıq reytinqi 25%-ə düşməmiş və ya imtina reytinqi 75%-ə yüksəlməmişdi.
“Journal du Dimanche” yazır ki, Makron əsasən “onu korlayan qeyri-mütənasib eqosunda” və parlamentin “dağıdılması fiaskosunda” günahlandırılır.
Sorğu, həmçinin, fransızların 55%-nin baş nazir Mişel Barnyedən narazı olduğunu göstərir; lakin onun hökumətinin indiyə qədər heç bir tədbir görmədiyi bildirilir.
Sentyabrın 11-dən 20-dək aparılan sorğuda 2098 nəfər iştirak edib. (Trend)