Venesuela Prezidenti Nikolas Maduro bu gün səhər saatlarında ABŞ silahlı qüvvələrinin elit xüsusi təyinatlı bölməsi olan "Delta" xüsusi təyinatlı qüvvələri tərəfindən ələ keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə ABŞ rəsmiləri "CBS News" kanalına bildirib.
CBS telekanalı mənbəyə istinadən xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro ABŞ ordusunun Delta Qüvvələri xüsusi təyinatlıları tərəfindən əsir götürülüb.
Xatırladaq ki, 1-ci xüsusi təyinatlı əməliyyat qrupu olan «Delta», Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi tərəfindən ötən əsrin 70-ci illərində yaradılıb və indiyədək və demək olar ki, bütün ABŞ hərbi əməliyyatlarında iştirak edib.
Xüsusilə, 1989-cu ildə Delta, ABŞ-ın narkotik qaçaqmalçılığına qarşı mübarizə bəhanəsi ilə prezident Mauel Norieqanı devirdiyi Panama əməliyyatında iştirak edib.
Eləcə də 2019-cu ildə baş tutan və "İslam Dövləti"nin keçmiş lideri Əbu Bəkr əl-Bağdadinin öldürüldüyü əməliyyatı da "Delta Force" həyata keçirmişdi.










