Facebook-un yaradıcısı və rəhbəri Mark Zukerberq qızının doğumundan sonra keçən ilin dekabrında öz səhmlərinin böyük hissəsini satıb bunlardan əldə olunan vəsaitləri öz xanımı Prissilla Çan tərəfindən yaradılan Chan Zuckerberg Initiative xeyriyyə fondu tərəfindən həyata keçirilən layihələrinin reallaşmasına xərcləyəcəyini vəd etmişdi.
Fondun məqsədi insan potensialının inkişaf etdirilməsi və həmçinin bütün uşaqlar arasında bərabərlik şəraitinin yaradılmasından ibarətdir.
SEC-in məlumatları göstərir ki, Facebook-un təxminən 768 min səhminin satışından əldə olunan ilk gəlir fondun fəaliyyəti çərçivəsində təxminən 95 milyon dollar təşkil etmişdi.
Zukerberq 3 il ərzində 1 milyard dollara yaxın investisiyanı xeyriyyə istiqamətində aktiv şəkildə xərcləməyi planlaşdırır.
Qeyd edək ki, Chan Zuckerberg Initiative fondu qeyri-kommersiya təşkilatıdır.
Məlumdur ki, fond artıq Andela adlı layihəyə 24 milyon vəsait xərcləyib. Bu layihə Nigeriya və Keniyada yaşayan 100 min sakinə kodlaşdırma dilinin öyrədilməsinə yönəldilmişdir.
Facebook təhsilin inkişafında və ABŞ-ın 27 ştatında şagirdlərin innovasiya proqramlarını öyrənməsində yaxından iştirak edir. Həmin innovativ proqramlara əsasən şagirdlər öz tədris planını özləri müstəqil surətdə qura biləcək və həmçinin layihələrin təhvil verilməsi, eləcə də dərslərin hazırlanması müddətini müəyyənləşdirə biləcəklər. “Dərslər müəllimlər tərəfindən fərdi şəkildə həyata keçiriləcək” deyə Business Insider yazır. Bu proqram Summit tədris müəssisəsi şəbəkəsi ilə birgə əməkdaşlıq çərçivəsində işlənib hazırlanmışdır və keçən il artıq 19 məktəbdə tətbiq edilmişdir.
Mənbə: Fomag.ru©