Bu gün, sentyabrın 23-də Donetsk və Luqansk Xalq Respublikalarının (DXR və LXR), habelə Ukraynanın rus qoşunlarının nəzarətində olan Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi məsələsi ilə bağlı 5 günlük referendum başlayır. Ukrayna hakimiyyəti xəbərdarlıq edib ki, ölkə vətəndaşlarını bu referendumda iştiraka görə 5 ilə qədər həbs cəzası gözləyir.
Eləcə də bax: Putin Ukraynanın işğal edilmiş əraziləri “tarixi Novorossiya torpaqları” - ADLANDIRIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, ilk dörd gündə seçicilər seçki məntəqələrində deyil, ətraf ərazilərə səs verəcəklər.