Beyrutdakı partlayışda İran səfiri yaralanıb.
Təcili: İsrail HƏMAS-ın rəhbərini – İRANDA ÖLDÜRDÜ
FED.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Xəbərə görə, İran İslam Respublikasının Livandakı səfiri Müctəba Əmani Beyrutda kiberhücum nəticəsində baş vermiş partlayış zamanı yaralanıb.
Qeyd edək ki, Beyrutun Dahiyə məhəlləsində Hizbullah əməliyyatçıları tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması nəticəsində yüzlərlə döyüşçü yaralanıb. Bu bardə “Reuters“ adı açıqlanmayan təhlükəsizlik mənbəsinə istinadən məlumat yayıb. Mənbə əlavə edir ki, qurğular Livanın cənubunda da partlayıb.
Livan Səhiyyə Nazirliyi bütün ölkədə baş verən partlayışlardan sonra insanları rabitə cihazlarından uzaq durmağa çağırıb.
İddialara görə, rabitə qurğuları İsrail tərəfindən partladılıb. Hadisə ilə bağlı İsrail tərəfindən heç bir şərh verilməyib.
***
Beyrutun Dahiyə məhəlləsində Hizbullah əməliyyatçıları tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması nəticəsində yüzlərlə döyüşçü yaralanıb.
FED.az xəbər verir ki, “Reuters“ adı açıqlanmayan təhlükəsizlik mənbəsinə istinadən məlumat yayıb.
Mənbə əlavə edir ki, qurğular Livanın cənubunda da partlayıb.
Livan Səhiyyə Nazirliyi bütün ölkədə baş verən partlayışlardan sonra insanları rabitə cihazlarından uzaq durmağa çağırıb.
İddialara görə, rabitə qurğuları İsrail tərəfindən partladılıb.
Hadisə ilə bağlı İsrail tərəfindən heç bir şərh verilməyib. (Apa)