“Facebook” rəhbərliyi sosial şəbəkədəki reklamları blok edən istifadəçilərlə mübarizə aparacağını elan edib.
Öz rəsmi bloqunda şirkət qeyd edib ki, reklam xarakterli elanlar şəbəkənin fəaliyyətinin ayrılmaz hissəsidir. Bu səbəblə rəhbərlik həmin reklamların əks olunma formatını dəyişərək bir çox istifadəçinin brauzerində qurulmuş reklam bloklayan sistemlərin işini çətinləşdirəcək. Eyni zamanda sosial şəbəkə daha individual yanaşma tətbiq edəcək. Belə ki, istifadəçilər konkret mövzu üzrə (məsələn, səyahət) reklamın görüntüsünü aradan qaldıra və ya konkret bir şirkətin elanlarından imtina edə biləcəklər.
Şirkətdən bildiriblər ki, pis hazırlanmış bannerlər istifadəçiləri qıcıqlandırır və onların vaxtını alır, ona görə də reklam bloklayan sistemlər populyarlaşır, halbuki reklamlar faydalı ola bilər: “Faydalı reklamların köməyi ilə yeni xidmətlər, məhsullar əldə etmək, eləcə də vacib informasiyalar öyrənmək, lazımlı kampaniyalardan (endirim, aviabilet və s.) xəbər tutmaq mümkündür”.
Şirkətin sözügedən reklam bloklayan sistemlərlə planlı şəkildə necə mübarizə aparacağı barədə tam dəqiqliklə məlumat verilmir. Habelə, Facebook sözügedən "ağ siyahı"ya düşmək üçün bloklayan sistem tərtibatçılarına heç bir pul ödəmədiyini bildirir. Bu cür opsiya müxtəlif internet media və digər biznes yönümlü KİV-lərin onların layihələrini dəstəkləyən maliyyə vəsaitlərinin əldən çıxması nəticəsində başlayan şikayətlərdən sonra əlçatan oldu.
Bundan əlavə, Facebook reklam verənlərin bu və ya digər reklamı ayrı-ayrı istifadəçilərə yayımlanması ilə bağlı marağını əks etdirən yeni funksiyanı işə salacaqdır. İstifadəçilər öz maraqlarını ifadə etmək imkanına malik olacaqlar, məhz həmin maraqlar əsasında reklam təklifləri qurulacaqdır. Xəbər lentinə baxarkən reklam üzərində "yuxarıya doğru istiqamətlənmiş barmaq" işarəsi olacaqdır (buna basarkən siz məlumatın faydalı olduğunu təsdiqləyirsiniz), ya da onu siyahıdan çıxarmaq işarəsi olacaqdır. Sonuncunu seçsəniz, o zaman gələn dəfə yeni mövzulu reklam bloku meydana gələcəkdir.
Belə qərar təbii ki, bəzi istifadəçiləri qıcıqlandıra bilər. Habelə, Facebook bu yanaşmanın daha məqsədəuyğun olduğunu düşünür, ələlxüsus şirkət gəlirlərinin böyük hissəsinin reklamlardan əldə edildiyini nəzərə alsaq. Problemin neytral həlli üçün nəzərdə tutulan bu yeni alət istifadəçilərə öz istəklərini bu və ya digər reklam bloklarında sınamağa və tənzimləməyə imkan verəcəkdir. Beləliklə, reklam nümayişindən tam imtina etmək və ya onu bloklamaq mümkün olmayacaqdır. Halbuki, istifadəçilərə maraqlı olacaq reklam bloklarının seçilməsi mümkün olacaqdır.
hi-news.ru©
“Facebook” sosial şəbəkədəki reklamları blok edən istifadəçilərlə mübarizə aparacaqdır
16:13
15 Sen 2016