“Apple” korporasiyası bükülən “iPhone” modelini patentləşdirib və qeydiyyat barədə dövlət orqanının təsdiqini bu həftə ərzində alıb.
BGR portalına istinadən verilən xəbərdə bildirilir ki, ABŞ Patent və Ticarət Markaları Bürosu əslində “Apple”ın müraciətini avqust ayını sonunda qeydə alıb, lakin bu barədə xəbər indi yayılıb.
Sayt bildirir ki, tezliklə şirkətin bu cür smartfon buraxmasını gözləməyə dəyməz, lakin bu baş verərsə, mobil cihazlar bazarının inkişafı üçün yeni stimul olar. Patentləşdirilən ideya kifayət qədər maraqlıdır və qatlanan smartfon yaradılması texnologiyası təsvir edilir. Smartfonun iki panellə təchiz ediləcəyi, panellərdən birinin displey olacağı bildirilir.
Patentdə qeyd olunur ki, bükülən smartfon hazırda “Apple” tərəfindən növbəti nəsil cihazların təmsilçisi kimi nəzərdən keçirilir.