KA “Apollon” (AGC) bort idarəetmə kompyuterinin proqramı üçün olan mənbə kodu tam şəkildə Github-da dərc edilmişdi. Bu haqda Geektimes portalı bildirirdi.
Hesablamalar aparan, hərəkətə və naviqasiyaya nəzarət edən, Apollon proqramı üzrə uçuş prosesinin gedişatını komanda və ay modulu vasitəsilə idarə edən AGC üçün mənbə kodlu məlumatlar internetə 20 iyul 2009-cu il tarixində qoyuldu.
Bu kodu Don Ayls və onun həmkarları yaratmışdı. Xüsusilə də Ayls təxminən 2000-ə yaxın sətr yazmışdı və həmin sətrlər ay modulunun enməsinə cavab verirdi.
Bu gün həmin kod Github-dakı assemblerdə qoyulmuşdur. Beləliklə, ona dair şərhlər və ya rəylər yazmaq, fork, eləcə də axtarış aparmaq mümkündür. Xüsusilə də kodda 1201 və 1202 kodları ilə bağlı səhvləri və problemləri tapmaq mümkündür. İlk belə səhv Nil Armstronq və Elvin Oldrinin ay orbitində tormozlamağa, yəni yavaşımağa başladığı zaman əmələ gəlmişdi (bu səhv kompyuterin bütün işi eyni anda görə bilməməsi ilə əlaqədar idi). İkinci belə səhv bir dəqiqə sonra baş verdi.
Hazırda ay modulu proqramının kağız üzərində olan tək bir surəti mövcuddur. Həmin surət Massaçusets texnologiya institutunun muzeyində saxlanılır.
Apollon-11 — "Apollon" seriyasının idarə edilən kosmik gəmisidir. O, insana birinci dəfə 1969-cu ildə Ayda enməyə imkan vermişdi. Gəmi komandiri Nil Armstronq və pilot Elvin Odrin gəminin ay modulunu Sakitlik Dənizinin cənubi-qərb hissəsində oturtmuş, daha sonra isə 21 saat 36 dəqiqə ərzində Yer peyki üzərində qalmışlar.