“Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin görüşü ərəfəsində nikbin əhval-ruhiyyədəyik”.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov danışıb.
“Hazırda biz Putinin Tacikistana səfərindən danışırıq. Gündəlik çox zəngindir. Əlbəttə, burada Rusiya-Azərbaycan münasibətlərinə dair məsələ ayrıca yer alıb. İki ölkə prezidentinin bu gün görüşünə dair razılıq əldə olunub. Bu görüşün nəticələrinə baxarıq. Bu barədə optimist əhval-ruhiyyədəyik. Prezidentlərin ikitərəfli münasibətlərimizin hazırkı vəziyyətini, eləcə də mövcud problemli məsələləri müzakirə edəcəyinə ümid edirik”, - Peskov bildirib.
Onun sözlərinə görə, oktyabrın 7-də İlham Əliyevlə Vladimir Putin arasında baş tutan telefon danışığı müsbət və konstruktiv olub, bugünkü görüş barədə razılıq da həmin söhbət zamanı əldə edilib.
Xatırladaq ki, D.Peskov V.Putinin Tacikistanın paytaxtı Düşənbəyə səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyini açıqlayıb.