Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı xüsusi əməliyyatı davam edəcək.
Ukrayna XİN Rusiya ilə sülh şərtlərini - AÇIQLAYIB
FED.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Ukrayna de-fakto və de-yure danışıqlar apara bilmir və aparmaq istəmir, xüsusi əməliyyat davam edəcək", - Kremlin sözçüsü vurğulayıb.
Peskov Xersonun regionun paytaxtı olaraq qalıb-qalmaması sualına isə belə cavab verib: "Xerson Rusiya Federasiyasının tərkibində regionun paytaxtı olaraq qalır, başqa qərar qəbul edilməyib".
Kremlin sözçüsü Fransa Prezidenti Emmanuel Makronun Ukrayna ilə bağlı danışıqlar prosesinə çağırışı haqqında danışarkən Rusiyanın danışıqlar masasını görmədiyini söyləyib. (Apa)