Rusiya hüquq sistemi və icra hakimiyyəti yeni subyektlərin Rusiya Federasiyasının tərkibinə mümkün daxil olmasına hazırdır.
Eləcə də bax: Putin Ukraynanın işğal edilmiş əraziləri “tarixi Novorossiya torpaqları” - ADLANDIRIB
FED.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Luqansk, Donetsk, Zaporojye və Xersonda keçirilən "referendumlar"dan sonra hüquqi baxımdan vəziyyət kökündən dəyişəcək:
"Rusiya Federasiyası bu ərazilərdə" referendumlar" keçirildikdən sonra həmin ərazilərdə təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər görəcək. (Apa)