“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın açıqlamaları təxribat xarakterlidir”.
Lavrov Paşinyanın sülhməramlılarla bağlı ittihamlarını əsassız - ADLANDIRIB
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov “News.am”a açıqlamasında deyib.
“Bu cür açıqlamalara təxribat kimi yanaşılmalıdır. Onlar həqiqətə uyğun deyil. Rusiyalı məmurlardan heç kəs bunu deməyib və kimsə vasitəsilə Ermənistan tərəfinə çatdırmayıb”, - deyə Peskov qeyd edib.
Qeyd olunur ki, Armen Qriqoryanın açıqlamasına görə, Rusiya Ermənistanın öz ərazisindən Azərbaycana dəhliz verməsi və ölkənin Rusiya-Belarus İttifaq Dövlətinə qoşulması üçün İrəvana təzyiq edir.