İsrail Təbrizə yeni zərbələr endirib.
FED.az xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı özünün "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.
"İsrailin zərbəsindən sonra İranın şimal-qərbində yerləşən Təbrizin səmasına tüstü qalxır", - partlayış görüntüləri ilə müşayiət olunan məlumatda deyilir.
Öz növbəsində, "Mehr News" bildirir ki, onda olan məlumatlara görə, Təbriz neft emalı zavodunun ətrafındakı ərazi İsrail hücumuna məruz qalıb. (Report)