Ukraynanın paytaxtı Kiyevdə küçə döyüşləri başlayıb.
FED.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Maryana Bezuqlaya məlumat verib.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələri təxribat və kəşfiyyat qruplarını şəhərdən sıxışdırıb çıxarır.
Kiyev şəhər administrasiyası da paytaxt küçələrində aktiv döyüşlərin getdiyini bildirib.
"Ukrayna Silahlı Qüvvələri Rusiyanın diversiya-kəşfiyyat qruplarını Kiyevdən sıxışdırıb çıxarır. Döyüşlər davam edir".
Bu barədə Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Maryana Bezuqlaya fevralın 26-da səhər yerli vaxtla saat 4:26-da (Bakı vaxtı ilə 6:26) Kiyevdəki vəziyyətlə bağlı feysbuk hesabında məlumat verib.
Qeyd edək ki, fevralın 26-na keçən gecə Kiyevin bir sıra rayonlarında partlayış səsləri eşidilib. Beresteyskada işğalçılar hərbi hissəni ələ keçirməyə cəhd ediblər, lakin Ukrayna Silahlı Qüvvələri onların qarşısını alıb. İndi sağ sahildə vəziyyət gərgin olaraq qalır.
Səlahiyyətlilər sakinlərə pəncərələrdən uzaq durmağı və hamam kimi qapalı yerlərdə gizlənməyi tövsiyə edib. Xüsusi sığınacaqda olanlar oranı tərk etməməlidir.