Ukrayna Moskvanı PUA-larla atəşə tutub.
Rusiyadan növbəti - KRİTİK QƏRAR
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, nəticədə heç kim xəsarət almayıb, ciddi dağıntı yoxdur.
Fövqəladə xidmətlərdən TASS-a verilən məlumata görə, PUA-nın qalıqları Komsomolski prospekti, 17 ünvanında aşkarlanıb.
Daha sonra ikinci PUA haqda məlum olub. O, Lixaçyov prospektində biznes mərkəzinə düşüb, 17 və 18-ci mərtəbələrdə şüşələri qırıb.
Müdafiə Nazirliyindən bildirilib ki, Kiyevin PUA-larla paytaxtdakı obyekləti atəşə tutmaq cəhdinin qarşısı alınıb.
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bunu beynəlxalq terror aktı adlandırıb.