Serbiya Prezidenti Aleksandar Vuçiç xəstəxanaya yerləşdirilib.
FED.az xəbər verir ki, bu barədə B92 portalı müstəqil mənbəyə istinadən məlumat yayıb.
Serb liderinin xəstəxanaya yerləşdirilmə səbəbi açıqlanmır. Bu barədə rəsmi açıqlama olmayıb.
59 yaşlı prezidentin 2019-cu ildə ürək-damar xəstəliyindən xəstəxanada yatdığı vurğulanır. (Marja)