Dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərində seçicilərin 32,72%-i iştirak edib. Seçkilər 1606 bələdiyyə üzrə 15 min 156 bələdiyyə üzvü yerinə 42 minə yaxın iddiaçının iştirakı ilə keçirilib.
FED.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Eləcə də bax: Bələdiyyə seçkilərində namizədlərin sayı - AÇIQLANIB
MSK sədri qeyd edib ki, ümumilikdə seçkilər sakit şəraitdə keçib, yekunda 1606 bələdiyyə üzrə səsvermə baş tutub. Hazırda 1475 bələdiyyə üzrə məlumatlar hazırda MSK-nın bazasındadır, yəni 1375 bələdiyyə üzrə ilkin nəticələrə görə üzvlərin hamısı artıq məlumdur. İlkin nəticələrə görə, tam formalaşmış bələdiyyələrdə liderlik edən namizədlərin sayı 12 min 930 nəfərdir. Bu, ümumilikdə seçiləcək 15 min 156 bələdiyyə üzvünün 85,31 faizini təşkil edir.
Qeyd edək ki, seçkinin nəticələrini Mərkəzi Seçki Komissiyasının İnformasiya Sisteminə daxil olmaqla öyrənmək olar. Sistemə daxil olmaqla seçki dairəsini və bu dairəyə daxil olan bələdiyyəni seçməklə seçkilərdə hansı namizədin nə qədər səs topladığını öyrənmək mümkündür.
Bələdiyyə Seçkisinin nəticələrini öyrənmək