Rusiyanın KamAZ Şirkəti Azərbaycanın Gəncə Avtomobil Zavodu ilə 6,3 mln. ABŞ dolları məbləğində avtomobil hissələrinin çatdırılmasına dair müqavilə imzalayıb.
FED.az-ın məlumatına görə, TED.az xəbər verir ki, bu barədə Rusiya Sənaye Ticarəti Nazirliyi məlumat yayıb.
“Gəncə Avtomobil Zavodu ilə birgə reallaşdırdığımız KamAZ avtomobillərinin yığılması layihəsi uğurla həyata keçirilir. KamAZ Şirkəti, həmçinin, Azərbaycanda yığılan avtomobil hissələrini “KamAZ-6520” ağır dəmir yük maşınları və “KamAZ-65117” hesabına genişləndirmək imkanını nəzərdən keçirir”, - deyə Rusiya Sənaye Nazirliyinin rəhbəri Denis Manturov bildirib.