"İran tərəfinin ölkəmizə endirdiyi və 21 nəfərin ölümünə, yüzlərlə dinc sakinin yaralanmasına səbəb olan zərbələrdən Tehran sakinləri əziyyət çəkəcək".
FED.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.
O həmçinin, bu zərbələrin İsrail ordusunu atdığı addımlardan çəkindirmək xarakteri daşıdığını söyləyib:
"İranın ali diktatoru artıq İsrailin dinc sakinlərinə atəş açan diktatora çevrilib. Tehran sakinləri tez bir zamanda buna görə ağır şəkildə cavab verəcəklər". (Apa)