HƏMAS-ın hücumları nəticəsində İsraildə həlak olan Azərbaycan əsilli şəxslərin sayı artıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Həlak olan 7 nəfərin siyahısı:
Şamil Abbasov (İsrail vətəndaşı)
Emin Axundov (İsrail vətəndaşı)
İlkin Nəzərov (Azərbaycan vətəndaşı)
Lior Əzizov (vətəndaşlığı dəqiqləşdirilir)
Roman Gandel (İsrail vətəndaşı)
Eden Abdullayev (İsrail vətəndaşı)
Emil Samuyelov (vətəndaşlığı dəqiqləşdirilir).
Qeyd edək ki,ötən gün İsraildə HƏMAS-ın hücumları nəticəsində 1 Azərbaycan vətəndaşı həlak olub. Həlak olanlar arasında Azərbaycandan İsrailə köçmüş yəhudiəsilli 3 şəxs də var.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxını yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.