İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrində məhdud quru əməliyyatına başladığını bildirib.
FED.az xəbər verir ki, ordunun mətbuat xidmətinin açıqlamasına görə, hədəflər “Hizbullah” təşkilatının silahlı birləşmələrinin obyektləridir.
"İsrail dövlətinin siyasi rəhbərliyinin qərarına uyğun olaraq, bir neçə saat əvvəl İsrail Müdafiə Qüvvələri Livanın cənubunda "Hizbullah" terror qruplaşmasının hədəfləri və infrastrukturuna qarşı dəqiq kəşfiyyat məlumatlarına əsaslanaraq məhdud, lokal və hədəfli quru reydləri həyata keçiribBu hədəflər sərhədə yaxın kəndlərdə yerləşir və İsrailin şimalındakı məskunlaşan ərazilər üçün birbaşa təhlükə yaradır”, - məlumatda deyilir. (Apa)