İranın İsrailin Yərusəlim (müsəlmanlar Qüds adlandırır – FED.az) ətrafında yerləşən Beyt-Şemeş şəhərinə ballistik raketlə zərbə endirib.
FED.az xəbər verir ki, İsrail mediasının məlumatına görə, zərbə nəticəsində 8 nəfər həlak olub.
İndiyə qədər xəstəxanalara 23 yaralı gətirilib. Yaralılardan 2-i ağır, 3-ü orta-ağır vəziyyətdədir. 18 nəfər yüngül xəsarət alıb.
Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrali hərbi qüvvələri İrana hərbi zərbələr endirməyə başlayıblar. Hava zərbələri nəticəsində 200 nəfərdən artıq insan həlak olub, 700 nəfərdən artıq insan isə yaralanıb.











