İranın Ali Rəhbəri Seyid Əli Xamenei prezident seçkilərində səs verib.
FED.az xəbər verir ki, Xamenei bu gün İranda keçirilən səsvermədə iştirak edib.
Qeyd edək ki, prezidentlik uğrunda parlamentin sədri Məhəmməd Baqir Qalibaf, Ali Rəhbərin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, daxili işlər və ədliyyə naziri olmuş Mustafa Purməhəmmədi və sabiq səhiyyə naziri Məsud Pezeşkian mübarizə aparır.
Xatırladaq ki, İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra iyunun 28-nə növbədənkənar prezident seçkiləri təyin olunub. (Apa)