İranda son etirazlarda yaşanan insan tələfatı və maddi ziyanla bağlı rəsmi statistika açıqlanıb.
Ceyhun Bayramov İrandakı Azərbaycan vətəndaşları barədə danışıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Məlumata görə, 305 təcili yardım maşını və avtobus, 24 yanacaqdoldurma məntəqəsi, 300 şəxsi ev, 700 mağaza, 750 bank, 414 hökumət binası, 749 polis məntəqəsi, 120 Bəsic mərkəzi, 200 məktəb, 350 məscid, 15 kitabxana, 2 erməni kilsəsi, 800 bankomat, 800 şəxsi maşın zərər görüb.
Əraqçi ümumilikdə 3117 nəfərin öldüyünü, bunun 2427 nəfərinin mülki şəxslər və təhlükəsizlik qüvvələri olduğunu, 690 nəfərin isə terrorçular olduğunu bildirib. (Apa)










