ABŞ Mərkəzi Komandanlıqlarının (CENTCOM) rəhbəri, admiral Bred Kuper İrana hücumun miqyasını açıqlayıb.
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, əməliyyatlarda 50 mindən çox hərbçi iştirak edir.
Kuperin sözlərinə görə, həmçinin əməliyyatlarda 200-dən çox təyyarə, iki təyyarə daşıyan gəmi iştirak edib.
ABŞ qüvvələri İranda yerləşən hədəflərə 2 mindən çox zərbə endirib.
Hücum nəticəsində İranın havadan müdafiə sistemləri zəifləyib. (Apa)











