İran Ali Rəhbər Əli Xameneinin vəfatını rəsmi olaraq təsdiqləyib və matəm günü elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, İran hökuməti ölkənin Ali dini rəhbəri Əli Xameneinin ABŞ-İsrail əməliyyatında öldüyünü rəsmi olaraq təsdiqləyib. İranda qırx günlük milli matəm və yeddi gün rəsmi tətil elan edilib.
İslam İnqilabının Keşikçiləri Korpusu (İİKK) adlanan İran Ordusu isə ölkə tarixində "ən güclü hücum əməliyyatı"nın başladığını elan edib və «sərt, qətiyyətli» cavab vəd edib.
Əli Xamenei ABŞ - İsrail əməliyyatı zamanı öldürülüb
Xatırladaq ki, Xameneyinin ölümünü ilk dəfə İsrail baş naziri Netanyahu və ABŞ prezidenti Tramp elan etmişdilər. İndiyədək bu faktı inkira edən rəsmi Tehzran gecə dini liderin öldüyünü təsdiqləyib. Artıq onun ölümü barədə İran dövlət və hökumətyönlü qurumları da məlumat veriblər. Hökumət 40 günlük milli matəm və yeddi gün istirahət elan edib.
İranın hökumətyönlü xəbər agentlikləri olan Tasnim, IRNA, ISNA, Mehr və Fars Xameneinin ölümü barədə məlumat veriblər. Mehr agentliyi Ali Rəhbərin "Əsfənd ayının doqquzuncu günü, bazar ertəsi səhəri cinayətkar Amerika və sionist rejimin birgə hücumunda öldürüldüyünü" bildirib. Fars agentliyi Xameneyinin iş yerində, evində vəfat etdiyini bildirib.
İRNA-nın yaydığı bəyanatda hadisənin "heç vaxt cavabsız qalmayacağı və İslam dünyası və şiəlik tarixində yeni bir səhifə açacağı" bildirilir.
Mehr agentliyinin məlumatına görə, Ali Liderin ölümü təsdiqləndikdən sonra Tehran sakinləri məscidlərdən kortəbii şəkildə Tehran Universitetinə və Ənqalab meydanına köçməyə başlayıblar.
İran "sərt və qətiyyətli" cavab vəd edir
Xameneinin ölümünün təsdiqlənməsindən sonra İran hakimiyyəti "sərt, qətiyyətli və ürək ağrıdan" cavab vəd edən bir bəyanat yayıb. İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, silahlı qüvvələr və xalq liderin yolunu davam etdirəcək və “daxili və xarici sui-qəsdlərə” müqavimət göstərəcək.
Daha sonra İİKK-nın mətbuat xidməti "İran İslam Respublikası Silahlı Qüvvələrinin tarixində ən güclü hücum əməliyyatının" başladığını elan etdi. ISNA xəbər agentliyinin məlumatına görə, bəyanatda əməliyyatın "Amerika terrorçularının işğal olunmuş ərazilərini və bazalarını" hədəf alacağı bildirilir.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı da açıqlama yayıb
Bəyanatda deyilir: "Biz cəsur xalqın dəstəyi və gücü ilə ABŞ-ı peşman edəcəyik və düşmənlərə təslim olmadan son damla qanımıza qədər bu müdrik və qüdrətli liderin yolunu davam etdirəcəyik".
Yaşayış yerinə və ölkə rəhbərliyin hücumlar
Fevralın 28-də ABŞ və İsrail İrandakı hədəflərə qarşı bir sıra hücumlar həyata keçiriblər. Reuters və Financial Times Tehranda partlayışlar və ölkənin ali rəhbərliyi və hərbi infrastrukturu ilə əlaqəli obyektlərə hücumlar barədə məlumat veriblər.
CBS Pentaqon və ABŞ kəşfiyyat dairələrindəki mənbələrə istinadən bildirib ki, zərbələr nəticəsində İslam Respublikası rəhbərliyinin təxminən 40 yüksək vəzifəli üzvü həlak olub. CBS-in məlumatına görə, qurbanların eyni yerdə, yoxsa fərqli yerlərdə olub-olmadığı məlum deyil.
İsrailin Baş naziri Benyamin Netanyahu əvvəllər bildirib ki, zərbələr İran rəhbərliyi və hərbi infrastrukturu ilə əlaqəli əsas hədəfləri hədəfə alıb. Bir gün əvvəl o, həmçinin Təl-Əvivin Xameneinin iqamətgahını hədəf aldığını və onun dağıdıldığını bildirib. Bu arada, İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, onun məlumatına görə, ayətullah sağdır.
Hücumlar Dubaya ve Qətərə keçdi
Zərbə mübadiləsi təkcə İran və İsrailə deyil, həm də Fars körfəzi ölkələrinə təsir göstərib. Dubay Beynəlxalq Hava Limanında dörd nəfər yaralanıb.
Dubay hökuməti iranın atdığı dronların - pilotsuz təyyarələrin vurulduğunu, yalnız onun qalıqlarının Burj Al Arab otelinin fasadında kiçik bir yanğına səbəb olduğunu və yanğının tez bir zamanda söndürüldüyünü bildirib.
Hakimiyyət orqanları həmçinin Cəbəl Əli Limanında yanğın baş verdiyini bildirib. Əbu- Dabidəki Zayed Hava Limanında hücumlarla əlaqəli hadisə nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb. Hakimiyyət orqanları yaralıların tibbi yardım aldığını bildirib.
BƏƏ Müdafiə Nazirliyi bildirib ki, hücumlar başlayandan bəri hava hücumundan müdafiə qüvvələri İran ərazisindən atılan 137 raket və 209 dronu ələ keçirib.
İran tərəfindən Qətərə də 65 ballistik raket və 12 dron atılıb. Bu ölkə bildirib ki, dronların əksəriyyəti ələ keçirilib və səkkiz nəfər yaralanıb.
Bəhreyn Daxili İşlər Nazirliyi pilotsuz təyyarənin hücumundan sonra beynəlxalq hava limanına maddi ziyan dəydiyini bildirib, lakin itki olmayıb. Hökumət tibb mərkəzi bir neçə nəfərin xəsarət aldığını bildirib.











