İran qonşu ölkələrlə quru sərhədlərini bağlamağı planlaşdırır.
FED.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, briqada generalı Əmir Kiumars Heydəri bildirib.
Heydəri qeyd edib ki, İran heç vaxt qonşu ölkələri təhdid etmək, onların sərhədlərini pozmaq və ya işğal etmək niyyətində olmayıb:
“Bu, qonşu ölkələrə qarşı haqsızlıq deyil. Bütün ölkələrin öz sərhədlərini bağlamaq səlahiyyətləri var”. (Apa)