İran prezidenti İbrahim Rəisi dünən mayın 19-da baş verən helikopter qəzası nəticəsində həlak olub.
FED.az xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat verib.
Agentlik bildirir ki, prezidentdən başqa həmin helikopterdə digər məmurlar, o cümlədən İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də olub, onların heç biri qəzadan sağ çıxmayıblar.
Xatırladaq ki, mayın 19-da Azərbaycan-İran sərhədində, Araz çayı üzərində yeni hidroqovşaqların işə düşməsi ilə bağlı tədbir keçirilib. Həmin tədbirdə İran və Azərbaycan prezidentləri iştirak edib.
Tədbirdən geri qayıdan Rəisinin helikopteri sərt eniş edib, nəticədə uçuş aparatı partlayıb və tamamilə yanıb.