İran nüvə silahı əldə etməyəcəyinə zəmanət verən sazişi bağlamağa hazırdır.
FED.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi açıqlama verib.
«Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almağı nəzərdə tutan istənilən razılaşmaya hazırıq. Çünki onsuz da bizim prinsiplərimizə görə, nüvə silahı əldə etmək qadağandır»-deyə nazir bildirib.
Bununla yanaşı, Ərakçı bildirib ki, İran nüvə energetikası planlarından imtina etmək niyyətində deyil və belə sazişə imza atmayacaq:
«Sazişin məqsədi İranı qanuni nüvə hüquqlarından, yəni dinc məqsədli nüvə enerjisini inkişaf etdirməkdən, məhrum etməkdirsə, o zaman biz belə bir razılaşmanı imzalamağa hazır deyilik» - deyə nazir bildirib.
Nazir həmçinin bildirib ki, əgər İsrail İrana hücumları dayandırsa. İran da İsrailə zərbələri dayandıracaq.
Onun sözlərinə görə, İsrail nüvə sazişi ilə bağlı ABŞ-İran danışıqlarına mane olmaq üçün İrana hücum edib.
Ərakçı qeyd edib ki, ABŞ rəhbərliyi müxtəlif kanallarla İrana bildiirib ki, İsrailin əməliyyatlarında iştirak etmir, amma İran tərəfi bu məlumatlara inanmır.
«Əgər ABŞ belə bəyanat verirsə, bunu açıq-aşkar bildirməlidirlər. ABŞ özünün dəqiq mövqeyini açıqlamalı və nüvə obyektləriinə zərbələri pisləməlidir».
Xatırladaq ki, İranla ABŞ nüvə məsələsi ilə bağlı aprel ayından bəri 5 görüş keçiriblər. Növbəti görüş, bu gün, iyunun 15-nə planlaşdırılmışdı, amma İran tərəfi İsrailin hücumları şəraitində belə görüşü mənasız sayıraq ondan imtina edib.
Xatırladaq ki, mar ayında ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı Əli Xəmaneyiyə məktub göndərib qərara gəlmək üçün 2 ay vaxt vermişdi.