Bu gün axşam satlarında İran İsraili yüzlərlə raketlə atəşə tutub.
FED.az İranın SNN agentliyinə istinadən xəbər verir ki, İsrailə azı 300 raket atılıb.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu elan edib kİ, İran raketlərinin zərbə endirdiyi obyektlər arasında hərbi baza və Aralıq dənizindəki qaz platformaları da olub.
«Reuters»in məlumatına görə, İsrailin atəşə tutulması İranın ali dini lideri ayətulla Əli Xameneyinin əmri ilə baş verib.
İran tərəfi elan edib ki, İranın İsrailə raket hücumu «Hizbullah» və HAMAS rəhbərlərinin, eləcə də «Quds» hərbi qüvvələrinin komandanının öldürülməsinə cavabdır.
İsrailin əsas müttəfiqi və regionda hərbi kontingenti olan ABŞ bu prosesə laqeyd qalmayıb, Ağ Evdən verilən açıqlamaya görə, prezident Bayden amerikalı hərbçilərə əmr edib ki, İrandan atılan raketləri vursunlar.
İranın «Fars» agentliyi bildirir ki, İsrailə buraxılan raketlərin azı 80%-i hədəfə çatıb. Belə ki, İran KİV-ləri bildirir ki, raket hücumu nəticəsində İsraildə 20 ədəd F-35 təyyarəsi məhv edilib.
Eləcə də raketlərin bir hissəsi Qəzza sektorunda Nerasim rayonuna düşərək «çoxlu sayda İsrail tanklarını məhv edib»-deyə İran TV-ləri bildirir.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin israilli həmkarına bildirib ki, regiondakı ABŞ hərbir qüvvələri döyüş vəziyyətinə gətirilib.
İsrail Ordusu isə elan edib ki, İranın bu hücumunun «nəticəsi olacaq», israilli hərbçilərin bununla bağlı planı var.
CNN isə bildirib ki, İsrailin hərbi-siyasi rəhbərliyi bomba sığınacağındadır.