Amerikalı sahibkar İlon Mask ABŞ-ın maliyyə naziri Skot Bessentlə davada qançır alıb.
FED.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzetinə ABŞ Prezidenti Donald Trampın keçmiş baş siyasi strateqi Stiven Bannon məlumat verib.
Bannonun sözlərinə görə, Skot Bessentlə Mask arasında dava aprelin 17-də Maskın Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri kimi səlahiyyət müddətinin başa çatması ilə bağlı keçirilən mətbuat konfransı ərəfəsində düşüb.
Mübahisə hələ Trampın yanında keçirilən iclasda başlayıb. Mübahisədə maliyyə naziri Maskı söyüb, iş o yerə çatıb ki, prezidentin köməkçisi onların tutaşmaması üçün onların arasında dayanıb.
«Axios» qəzetinin məlumatına görə, İlon Mask ABŞ maliyyə nazirini «Sorosun agenti» adlanbırıb. Xatırladaq ki, Messent bir müddət Corc Sorosun investisiya şirkəti olan «Fund Management»-də çalışıb.
Prezident Trampın qəbulundan çıxdıqdan sonra da Maliyyə naziri Bessent və Mask arasında qarşılıqlı təhqirlər davam edib. Nazir Maskı büdcəni bir trilyon dollar azaltmaq vədini yerinə yetirməməkdə günahlandırıb, bundan sonra Mask onu itələyib. Nazir isə onu vurub, onları bir neçə nəfər ayırıb.
Mask və Bessent əvvəldən yola getmirlər, vaxtilə Tramp nazirləri təyin edəndə Mask istəyirdi ki, maliyyə naziri Hovard Lütnik olsun, amma Tramp bu postu Bessentə etibar edib.
İlon Mask — hazırda dünyanın ən varlı adamıdır, onun sərvəti 369 milyard dollardır. Skott Bessentin sərvəti isə təqribən min dəfə azdır 521 milyon dollar.
Xatırladaq ki, bir qədər əvvəl İlon Maskla prezident Trampın arasında da münaqişə başlayıb.
Prezidentin yeni imzaladığı qanunlarla NASA-da struktur dəyişikliyi aparılıb, vergi yükünün yumşaldılması vaxtı uzadılıb, eləcə də ABŞ-ın borcunun buraxıla bilən hədddinin 4 trilyona qaldırılması qərara alınıb. Mask bu qanunları iyrənc adlandırıb, Tramp isə həmişəki kimi iqtisadi rıçaqlarını işə salıb – prezident iş adamını onun şirkətlərinə verilən dövlət sifarişlərini ləğv edəcəyi ilə hədələyib.