İtaliyanın antiinhisar şirkəti “ROME” bazar ertəsi günü verdiyi bəyanatda qeyd edir ki, onlar “Volkswagen Group”u 5 milyon avro (5.54 milyon dollar) civarında cərimə etdilər. Cərimənin tətbiq edilmə səbəbi isə “VW Group”un dizel emissiyası nəticələri barədə maşın alıcılarına yanlış məlumatların verilməsi idi.
İtaliya hökuməti qeyd etdi ki, VW Group şirkətinə qarşı ən yüksək cəriməni tətbiq edəcəkdir. Çünki bu şirkət süni olaraq aşağı nəticələri göstərən proqram təminatından istifadə edərək bazara çirkləndirici maddə tullantılarına qarşı yoxlanılan dizellə işləyən avtomobilləri çıxarmışdı.
Beləliklə, Avropanın ən iri avtomobil istehsalçılarından olan bu şirkət öz tarixində ən böyük korporativ skandalda yer almış oldu. Etdiyi saxtakarlıqlara görə ona qarşı qaldırılan iddialarla bağlı hazırda ABŞ, Cənubi Koreya və digər ölkələrdə cinayət araşdırmaları aparılır və şirkət belə xoşagəlməz vəziyyətlə üzləşir.
Mənbə: www.autonews.com
İtaliya Volkswagen şirkətini 5.5 milyon dollar məbləğində cərimə etdi
17:50
9 Avq 2016