İsveçrə Özbəkistanın birinci Prezidentinin böyük qızı Gülnara Kərimovaya məxsus 133 milyon dolları Özbəkistana qaytaracaq.
FED.az xəbər verir ki, İsveçrənin Baş prokurorluğu altı ildən artıq təhqiqat apardıqdan sonra bu qərara gəlib.
Eləcə də bax: Bill Qeytsin ən böyük səhvi – Milyardlarla dollara başa gəlib
G.Kərimovanın Özbəkistana vurduğu zərər 2 milyard dollar həcmindədir. Bu günə qədər Özbəkistan onun 12 ölkədə, o cümlədən Rusiyada olan 1,5 milyard dollar həcmindəki aktivlərinə həbs qoyub və bu vəsaitlər mərhələ-mərhələ geri qaytarılır.
Özbək mətbuatının verdiyi məlumata görə, Gülnara Kərimova həbsdə olsa da artıq yaxın adamları və vəkilləri vasitəsi ilə 1,2 milyard dolları Özbəkistana qaytarıb.