“Bakcell” şirkəti abunəçilərinə müraciət edərək oktyabrın 10-na qədər “Bakcell Müştəri Xidmət” mərkəzlərinə müraciət edib xətti bağlı olan nömrələrini aktiv etdirməyi məsləhət görür.
Abunəçilər qeyd edilən tarixə qədər xətti bağlı olan nömrələrini aktivləşdirmədiyi halda “Bakcell” MMC müvafiq nömrəyə dair müştəri ilə bağlanılan abunə müqaviləsini ləğv edəcək və həmin nömrəni satışa çıxararaq digər abunəçinin istifadəsinə verəcəkdir.