İstanbulda metro və əsas avtobus xətləri 24 saat fəaliyyət göstərəcək.
FED.az xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu bəyan edib ki, artıq avqustun 30-u gecədən etibarən metro və avtobus xətlərinin fasiləsiz işi başlayır.
Bununla bağlı keçirilən tədbirdə İmamoğlu bildirib ki, İstanbulun əhalisini nəzərə alanda metro xətləri heç də bütün əraziləri əhatə etmir. Buna görə də bələdiyyə qarşıdakı dövrdə metro xətlərinin inkişafına diqqət yetirəcək.