Türkiyədə seçkilərə az qalmış birjada indekslər kəskin dəyişib.
FED.az xəbər verir ki, uzun müddətdir seçki qeyri-müəyyənliyi ilə investorlarını narahat edən Borsa İstanbulda, prezidentliyə namizəd Vətən Partiyasının sədri Məhərrəm İncənin namizədliyindən geri çəkildiyini açıqlaması ilə sürətli dəyişiklik başlayıb.
Belə ki, Mühərrəm İncenin qərar açıqlamasından sonra İstanbul birjasının indeksi gün ərzində 8 faizdən çox artaraq 4871 bənd təşkil edib.
Halbuki, bir gün əvvəl BIST 100 indeksi 0,05 azalaraq 4492 punkta geriləmişdi.
Ekspertlərin fikrincə, hökumət dəyişsə, xarici investorların birjaya marağı arta bilər.
Bazar ekspertləri, xarici investorların son 1 həftə-10 gündə, əsasən də, son 1 həftə-10 gün ərzində yüksəlməyə başlayan valyuta məzənnəsini nəzərə alaraq, seçkilərdə hakimiyyət dəyişikliyinə, dolayısı ilə iqtisadi siyasətlərin dəyişməsinə qiymət qoyduqları qənaətindədirlər.
Ekspertlər hesab edir ki, yeni hökumət seçilərsə və «dünyada qəbul edilən iqtisadi siyasətlər geri qaytarılarsa», birjaya yatırım etmək ən cəlbedici investisiya olacaq.
Hakimiyyət dəyişsə, xarici maraq arta bilər
Dinamik İnvestisiya Qiymətli Kağızlar Araşdırma Mütəxəssisi Ceyhun Yavaş BIST100 indeksində 5000 xalı kritik bir psixoloji səviyyə olaraq gördüklərini söyləyir. Onun sözlərinə görə, seçkilərə az qalmış açıqlanan «Konda»nın rəy sorğusu (hansı ki, Kılıcdaroğlunun 49,3%, Ərdoğanın isə 43% səs toplayacağını iddia edir) ən güclü namizədlər arasındakı fərqi dəqiqləşdirib. Nəticədə investorlarda inam yaranıb ki seçki 1-ci turda başa çatacaq.
Əgər Millət İttifaqı qalib gəlsə, biz bu fikirdəyik ki, bazara xarici maraq arta bilər, çünki adi ənənəvi siyasət bərpa olunacaq. «Mövcud hökumətlə davam edərək və mövcud siyasəti nəzərə alaraq, biz inanırıq ki, bazarımızda əsasən inflyasiya təsirlərinə əsaslanan yavaş artım tendensiyası olacaq».