İraqda baş verən iğtişaşlarda ölənlərin sayı 65 nəfərə çatıb. Ölkədə “Facebook”, “Twitter”, “Instagram”, “WhatsApp” kimi sosial şəbəkələr bağlanıb və paytaxt Bağdadda komendant saatı elan edilib.
FED.az xəbər verir ki, bu barədə İraqın Baş Naziri Ədil-Əbdül Mehdi bəyan edib. O bildirib ki, komendant saatı rejimi hava limanına və təcili tibbi yardım maşınlarına və həkimlərə tətbiq edilməyəcək. İraqda internetə çıxış da məhdudlaşdırılıb.
Eləcə də bax: Bakıdan İraqa təyyarə reysi - LƏĞV EDİLİB
Qeyd edək ki, artıq 4-cü gündür Bağdadla yanaşı, İraqın Kərbəla, Bəsrə, Divaniyə kimi böyük şəhərlərində də kütləvi etiraz aksiyaları keçirilir.
Azərtac