İran prezidenti Həsən Ruhani, Türkiyəyə Rusiyanın iştirak etmədiyi Türkiyə-İran-Suriya sammiti keçirilməsini təklif edib.
FED.az Türkiyə mətbuatına istinədən xəbər verir ki, İran Prezidenti Həsən Ruhani bu gün prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığında ona Rusiyanın iştirakı olmayan toplantı keçirməyə təklif edib.
Ruhani bildirib ki, «Suriyanın ərazi bütövlüyünün qorunması, terrorçuların rədd edilməsi, günahsız insanların müdafiəsi və İdlib məsələsinin sürətli şəkildə həll edilməsi ilə bağlı əsas razılaşmalarımıza uyğun olaraq fikir ayrılıqları aradan qaldırıla bilər».
İran prezidenti, Astana prosesində Türkiyə-İran-Rusiya əməkdaşlığının da xüsusi bir əhəmiyyətə sahib olduğunu və Tehranda keçiriləcək zirvəyə hazır olduqlarını bildirib.