Fransa, Almaniya və Böyük Britaniya nüvə razılaşması üzrə öhdəliklərini yerinə yetirmir. Bu barədə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Tvitter hesabında yazıb.
FED.az "fins.az"-a istinadən xəbər verir ki, onun sözlərinə görə, “Avropa üçlüyü” ABŞ-ın razılığı olmadan nüvə sazişi üzrə öhdəliklərini yetirmək məsələsində özünü çarəsiz hiss edir və bu artıq 2018-ci ilin mayından bəllidir.
Diplomat Fransa, Almaniya və Böyük Britaniyanın ABŞ-ı təqlid etdiyini bildirib.
“Bu ölkələr nüvə sazişi ilə uyğun gəlməyən bəyanatları və absurd tələbləri təkrarlayırlar”, - Zərif qeyd edib.
Qeyd edək ki, Fransa, Almaniya və Böyük Britaniya “Aramko”ya hücumun məsuliyyətini İranın daşıdığı barədə birgə bəyanat yayıb.