İran Statistika Komitəsi, ölkədəki son 12 aylıq inflyasiya nisbətinin 42 % olduğunu açıqlayıb.
FED.az"Marja"ya istinadən xəbər verir ki, bu nisbət, ötən ay 42,7 faiz olaraq açıqlanan illik inflyasiyadan 0,7 faiz azalmaya işarə edir. Aylıq inflyasiyanın da 28,3 faiz təşkil etdiyi bildirilib. Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı, İranda inflyasiya nisbətinin 2019-da 40 faizdən aşağı düşəcəyini proqnozlaşdırır.
Eləcə də bax:Nazarbayevə verilən – QIZIL-BRİLYANTLI ORDENİ - AZƏRBAYCANLI HAZIRLAYIB
İranda inflyasiya nüvə müqaviləsinin qüvvəyə minərək sanksiyaların ləğv edildiyi 2016-da 26 ildən sonra ilk dəfə 9 faizə geriləyərək təkrəqəmli səviyyəyə düşmüşdü.
Keçən il mayda ABŞ-ın nüvə müqaviləsindən çıxaraq İrana qarşı sanksiyaları yenidən tətbiq etməsinin ardından ölkədəki inflyasiya nisbəti kəskin bir şəkildə qalxmışdır. İnflyasiya bu ilin may ayında 52,1%-ə qədər çıxmışdı.